Litva Otxozoria-Tatunaşvili siyahısına daxil edilən şəxslərə məhdudiyyətlər qoydu
Litva Otxozoria-Tatunaşvili siyahısına daxil edilən şəxslərə məhdudiyyətlər qoydu

Litvanın Miqrasiya Departamenti “Otxozoria-Tatunaşvili siyahısına” daxil olunan şəxslərə qarşı məhdudiyyətlərin qoyulması prosesinə başladı.

Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, qeyd olunan siyahıda olan bütün şəxslər Litvada məhdudiyyətlərlə üzləşəcəklər.

Litvanın Miqrasiya Xidmətinə “Otxozoria-Tatunaşvili siyahısına” daxil olunan şəxslərə qarşı sanksiyaların qoyulması tələbi ilə Gürcüstanın Xarici İşlər Nazirliyi avqustun 2-də müraciət etdi.