Litva, Arçil Tatunaşvilinin ölümü məsələsini Avropa İttifaqında müzakirəsini tələb edir
Litva, Arçil Tatunaşvilinin ölümü məsələsini Avropa İttifaqında müzakirəsini tələb edir

Litva, Arçil Tatunaşvilinin ölümü məsələsini Avropa İttifaqında müzakirəsini tələb edir. Bu barədə Litva xarici işlər naziri, Linas Linkeviçus “tviter” sosial şəbəkəsində yazır.

“Təziqli rejimin Rusiya tərəfindən işğal olunmuş Cənubi Osetiyada çirkin üzü. Gürcüstan vətəndaşlarının təqibini pisləyirəm, tələb edirəm ki, yerində təhlekəsizlik mexanizmləri yaradılsın. Bu məsləni sabah, Aİ xarici işlər şurasının iclasında irəli sürəcəm”, – Linas Linkeviçus bəyan edir və Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatını yayır.

2018-ci il, fevralın 28-də Rusiya işğal rejimi Axalqoridə 3 Gürcüstan vətəndaşını – Arçil Tatunaşvili, Levan Kutaşvili və Yoseb Tatunaşvilini qeyri-qanuni yaxaladı. Fevralın 23-də məlum oldu ki, yaxalanmış Arçil Tutunaşvili müəyyən olunmayan durumda vəfat etdi.