Linas Linkyaviçyus - Saakaşvilinin məsələsi Ukraynanın daxili işidir
Linas Linkyaviçyus - Saakaşvilinin məsələsi Ukraynanın daxili işidir

Litva xarici işlər naziri Linas Linkyaviçyus Kiyevdə, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin yaxalanmasına əks səda verdi.

Linkyaviçyusun Birinci kanala bildirdiyinə görə, Saakaşvilinin məsələsi Ukraynanın daxili işidir.

“Ümid edirik ki, məsələ hüquqi prinsiplərin müdafiəsi ilə həll olunacaq. Konkret olaraq məhkəmədən nəyi gözlədiyimi deyə bilmərəm. Ümudvaram ki, qanunin aliliyi müdafiə olunacaqdır. Ukrayna məhkəməsi üçün bu növbəti imtahan olcaq”, – Linas Linkyaviçyus bəyan etdi.

Elə onun dediyinə görə, korrupsiya ağrılı məsələdir və ukrayna üçün çağırışdır.