Linas Linkyaviçyus - işğal olunmuş Sxinvalidə üzdəniraq seçkilər Gürcüstanın suverenliyini kobud şəkildə pozur
Linas Linkyaviçyus - işğal olunmuş Sxinvalidə üzdəniraq seçkilər Gürcüstanın suverenliyini kobud şəkildə pozur

Rusiya tərəfindən işğal olunmuş Sxinvalidə üzdəniraq seçkilər Gürcüstanın suverenliyinin kobud şəkildə pozulmasıdır, – bu barədə bəyantı tvitter səhifəsində Litva Xarici İşlər naziri, Linas Linkyaviçyus yerləşdirdi.

“Rusiya tərəfindən işğal olunmuş Sxinvalidə üzdəniraq seçkilər Gürcüstanın suverenliyinin kobud şəkildə pozulmasıdır. Litva bu “seçkiləri tanımır” və Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini təsdiq edir”, – Litva Xarici İşlər naziri yazır.

İşğal olunmuş Sxinvalidə üzdəniraq parlament seçkiləri keçirilir.

Gürcüstan Xarici İşlər Nazirliyi, işğal olunmuş Sxinvali bölgəsində keçirilən qondarma parlament seçkilərinə əks səda verir.

Xarici İşlər Nazirliyində bəyan edirlər ki, işğal olunmuş ərazilərdə keçirilən istənilən üzdəniraq seçkilər qanunsuzdur və beynəlxalq hüququn fundamental normalarına və prinsiplərinə ziddir.