Levan Yoseliani - mən və Alekonun gizlədiləsi bir şeyimiz yoxdur, əgər barəmizdə nələrisə varsa yaysınlar
Levan Yoseliani - mən və Alekonun gizlədiləsi bir şeyimiz yoxdur, əgər barəmizdə nələrisə varsa yaysınlar

Əgər barəmizdə nələrisə varsa yaysınlar, mən və Alekonun gizlədiləsi və üstünü ört-basdır ediləsi bir şeyimiz yoxdur, – “Vətəndaşlar” partiyasının üzvü, Levan Yoseliani jurnalist Eliso Kiladze tərəfindən sosial şəbəkədə verdiyi skandal bəyanatına bu cür əks səda verdi. Bəyanatında Kiladze, Aleko Elisaşvilinin şəxsi həyatını əks etdirən kadrların mətninin dərc etdirilməsi ilə hədələyir.

Yoselianinin dediyinə görə, “Vətəndaşlar” partiyasının konkret planı var ki, ölkəyə nə cür yardım etsin.

“Barəmizdə nələrisə varsa, yaysınlar. Bu günə qədər ən böyük kompromatımı axtardıqları o olub ki, mən və Kobaxidze tələbə yoldaşı olmuşuq. Bundan o yana nələrisə varsa, yaysınlar. Mən və Alekonun gizlədiləsi və üstünü ört-basdır ediləsi bir şeyimiz yoxdur. Ona görə efirlərin hamısına gedirik, ona görə sualların hamısına cavab veririk ki, heç nə gizlətmirik.. Konkret planımız var ki, ölkəyə böhranın dəf edilməsində nə cür yardım edək” – Yoseliani bəyan etdi.