Levan Yoseliani - görünür Nino Burcanadzenin Vladimir Putinə qarşı vaxtaşırı nostalgiyası yaranır
Levan Yoseliani - görünür Nino Burcanadzenin Vladimir Putinə qarşı vaxtaşırı nostalgiyası yaranır

Görünür Nino Burcanadzenin cənab Vladimir Putinə qarşı vaxtaşırı nostalgiyası yaranır, – “Vətəndaşlar” partiyasının üzvü, Levan Yoseliani “Vahid Gürcüstan” partiyasının lideri, Nino Burcanadzenin bəyanatına bu cür əks səda verdi.

Yoselianinin dediyinə görə, Burcanadzenin Rusiyaya qarşı münasibəti buna qədər də məlum idi və heç nə dəyişməyib.

“Görünür xanım Nino Burcanadzenin cənab Vladimir Putinə və Rusiyaya qarşı vaxtaşırı nostalgiyası yaranır. Onun mövqeyi məlumdur. Rusiyaya qarşı münasibəti buna qədər də məlum idi, təəssüflər olsun ki, heç nə dəyişməyib”, – Levan Yoseliani bəyan etdi.

“Vahid Gürcüstan” partiyasının lideri, Nino Burcanadze “Exo Maskvi” radio stansiyası ilə müsahibəsində bəyan etdi ki, Rusiya-Gürcüstan əlaqələrini yalnız Rusiya prezidenti, Vladimir Putin  yaxşılaşdıra bilər.