Levan Xabeişvili -mən, vətəndaşlarımıza qarşı utanc dəhlizləri ilə, razılaşmıram
Levan Xabeişvili -mən, vətəndaşlarımıza qarşı utanc dəhlizləri ilə, razılaşmıram

Əgər haradasa dəhliz olsa, bu yalnız çinovniklərə aid olacaq, – bu barədə “Milli Hərəkatın” üzvü, Levan Xabeişvili bəyan etdi.

“Bax, məsələn, Tamar Jvaniya hansısa seçki məntəqəsinə getsə, orada həmin dəhlizlə qarşılaşacaq. Söhbət yüksək vəzifəli şəxslərdən gedir, əgər buna bənzər bir şey planlaşdırılırsa. Başqa təqdirdə, vətəndaşlarımıza qarşı utanc dəhlizi ilə razılaşmıram”, – Xabeişvili bəyan etdi.

“Milli Hərəkatın” Acara təşkilatının lideri tərəfdarlarına müraciət edir ki, 21 noyabrda, seçkilərin ikinci turunda seçki məntəqələrinə səfərbər olunsunlar və utanc dəhlizini təşkil etsinlər.

Bununla yanaşı birləşmiş müxalifətin nümayəndəsi, Murman Dumbadze bəyan etdi ki, seçkilər hər yerdə saxtalaşdırılıb və utanc dəhlizi hər yerdə təşkil ediləcək.

Bənzər məzmunlu bəyanatı Varşalomidze bu gün də verdi.