Levan Kobiaşvili - 2021-ci ildə Futbol Federasiyası dövlətdən bir tetri də almayacaq
Levan Kobiaşvili - 2021-ci ildə Futbol Federasiyası dövlətdən bir tetri də almayacaq

Gürcüstanın Futbol Federasiyası Dövlət maliyyələşdirilməsi ilə fəaliyyət göstərməkdən imtina etdi.

Bu qərar federasiya tərəfindən təşəbbüsləndi.

Bugünə qədər futbol federasiyası dövlət büdcəsindən maliyyələşdirilirdi.

Dövlət proqramı çərçivəsində, təşkilata 6,7 milyon lari köçürülürdü.

Bu məbləq Gürcüstan milli komandasının hazırlanmasına və digər ehtiyyaclara xərclənirdi.

Keçən il Futbol Federasiyası – 6,7-dan sadəcə 4,2 milyon lari aldı, qalan məbləği isə, dövlət büdcəsinə qaytardı.

2021-ci il isə, Federasiyanın dövlətdən bir tetri belə amyacağı il olacaq.

Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalı ilə müsahibə zamanı Gürcüstanın Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili verdi.

“Federasiyaya gəldiyim gündən deyirdim ki, bütün federasiyaların dövlət büdcəsindən maliyyələşirilməsinə baxmayaraq, dövlətdən az maliyyə almalıyıq.

Keçən il pandemiyaya görə, dövlət tərəfindən verilən məbləğ xərclənmədi və 4,2 milyon lariyi büdcəyə qaytardıq.

Mən düşünürəm ki, Futbol Federasiyası öz vəsaitləri ilə fəaliyyət göstərməlidir.

Bu il büdcədən bir tetri də almayacağıq və bu qərarı ona görə verdik ki, ölkədə ağır vəziyyətdir.

Ancaq bu klubların maliyyələşdirilməsinə aid deyil və futbol klubları maliyyə almağa davam edəcəklər. Söhbət sadəcə federasiyanın maliyyələşdirilməsindən gedir.

Federasiyanın fəaliyyətinin maliyyələşdirilməsini təmin edə biləcək vəsaitlərimiz və sponsorlarımız var.

Təəssüf ki, bu məsələyi yaxşı bilməyən insanlar, elə bilirlər ki, Futbol Federasiyası xalqın pulunu xərcləyir, halbuki bugünə qədər, dövlət büdcəsi bir futbolçuya pul xərcləməyib. Məbləğlər məqsədyönlü şəkildə xərclənirdi. Bundan sonra isə, Futbol Federasiyası dövlət maliyyələşdirilməsindən asılı olmayacaq” – dedi Kobiaşvili