Levan İzoriya - payızda ABŞ ilə müdafiə sahəsində əməkdşlığın üçillik çərçivə müqaviləsi imzalanacaq
Levan İzoriya - payızda ABŞ ilə müdafiə sahəsində əməkdşlığın üçillik çərçivə müqaviləsi imzalanacaq

ABŞ-a səfər çərçivəsində Gürcüstan Müdafiə naziri Levan İzoriya siyasət məsələləri üzrə ABŞ-ın müdafiə katibi müavini, Con Rud ilə görüşdü.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında strateji əməkdaşlıq məsələlərini və gələcək planlarını müzakirə etdilər.

ABŞ və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahədə əməkdaşlığın dərinləşdirilməsi yollarına xüsusi diqqət yetirildi.

Müdafiə nazirinin bəyanatına görə, payızda ABŞ ilə müdafiə sahəsində əməkdşlığın üçillik çərçivə müqaviləsi imzalanacaq.