Levan İzoria - Gürcüstanda "Cavelin" təhlükəsiz bir yerdə saxlanılır
Levan İzoria - Gürcüstanda "Cavelin" təhlükəsiz bir yerdə saxlanılır

Tankaqarşı Cavelin” raket kompleksi sisteminin Gürcüstana gətirilməsinin birinci mərhələsi müvəffəqiyyətlə başa çatdı. Sistem Gürcüstanda təhlükəsiz bir yerdə saxlanılır, – bu bəyanatı Müdafiyə Naziri Levan İzoria, ABŞ-ın Gürcüstandaki səfiri ilə görüş zamanı verdi.

Levan İzorianın bəyanatına görə, yaxın gələcəkdə raket sisteminin təlimləri başlayacaq və gürcü əsgərləri sistemlə işləməyi öyrənəcəklər.

Levan İzoria İan Kelliyi öz idarəsində qarşıladı.

Görüşdə Müdafiyə Nazirinin birinci müavini Lela Çikovani, ABŞ-ın müdafiyə attaşesi, polkovnik Cefri Hartman, ABŞ səfirliyinin nümayəndəsi Ceims Moris və Müdafiə sahəsində əməkdaşlıq ofisinin (ODC) rəhbəri, vitse-polkovnik Con Meyers iştirak etdilər.