Levan İzoria Brüsseldə Yens Stoltenberq və Rouz Qotemoller ilə görüşdü
Levan İzoria Brüsseldə Yens Stoltenberq və Rouz Qotemoller ilə görüşdü

Gürcüstanın Müdafiyə Naziri Levan İzoria NATO Ministerialı çərçivəsində Şimali-Atlantika alyansının baş katibi Yens Stoltenberqlə və baş katibin müavini Rouz Qotemollerlə görüşdü.

Görüşlər zamanı əsas müzakirə mövzusu Qara Dəniz regionunda stabilliyin möhkəmləndirilməsində Gürcüstanın rolu və martda Gürcüstanda keçiriləcək olan NATO-GEO EXERCISE 2019 hərbi təlimləri idi.

Levan İzoria həmçinin, Litva, Türkiyə, Bolqaristan və Rumıniyanın Müdafiyə Nazirləri ilə görüşəcək.

İki tərəfli görüş ABŞ-ın NATO-daki səfiri Keit Beili Hatçisonla da keçiriləcək.