Levan Davitaşvili - ölkəmizin iqtisadiyyatı Bidzina İvanişvilidən presedentsiz yardım aldı, o, təxminən kənd təsərrüfatının inkişafı üçün 200 milyon lariyə qədər xərclədi
Levan Davitaşvili - ölkəmizin iqtisadiyyatı Bidzina İvanişvilidən presedentsiz yardım aldı, o, təxminən kənd təsərrüfatının inkişafı üçün 200 milyon lariyə qədər xərclədi

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan fəallıqlar universaldır və faktiki olaraq iqtisadiyyatın bütün sahələrinə, o cümlədən kənd təsərrüfatına aiddir, – bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri, Levan Davitaşvili bəyan etdi.

Onun dediyinə görə, bu, əhəmiyyətli stimullaşdırılmanın bir hissəsidir. Levan Davitaşvilinin bildirdiyinə görə, kənd təsərrüfatı iqtisadiyaatın hissəsidir, lakin spesifikdir.

“Kənd təsərrüfatı barəsində söhbət edərkən, bizim hakimiyyətimiz şəraitində, kənd təsərrüfatı siyasəti barəsində qeyd etməmək olmaz. 2013-cü ildə kənd təsərrüfatı prioritet istiqamət olaraq elan edildi. Ölkəmizin iqtisadiyyatı cənab Bidzina İvanişvilidən presedentsiz yardım aldı. O, təxminən kənd təsərrüfatının inkişafı üçün 200 milyon lariyə qədər xərclədi”, – Levan Davitaşvili bəyan etdi.

Elə onun dediyinə görə, ilk dəfə olaraq “Gürcü Arzusu” hakimiyyəti şəraitində kənd təsərrüfatının özəl bölməsinə yardımının dolğun zərfi müəyyənləşdirildi.

Şərh yaz