Levan Davitaşvili - bu günki göstəricilərlə aqro-dizel proqramından 5 000-dən artıq fermer yararlandı
Levan Davitaşvili - bu günki göstəricilərlə aqro-dizel proqramından 5 000-dən artıq fermer yararlandı

Ətraf Mühit Mühafizəsi və Kənd Təsərrüfatı naziri, Levan Davitaşvilinin bəyan etdiyinə görə, 20 maydan, bütün Gürcüstan miqyası ilə, anti-böhran planı çərçivəsində işlənib hazırlanan aqro-dizel proqramı uğurla həyata keçirilir. Fermerlər dizel yanacağını əldə edərkən əhəmiyyətli güzəşt alırlar.

Nazir qeyd etdi ki, aqro-dizelin qiyməti ilə bağlı, əhaliyə əlavə açıqlamanın çatdırılması önəmlidir ki, müəyyən spekuyasyalara yer verilməsin.

“Bu günki göstəricilərlə aqro-dizel proqramında 5 000-dən artıq fermer yararlandı. Nazirliyimizin informasiya-konsultasiya xidməti artıq 2 milyon 700 mindən artıq larilik yanacaq talonunu payladı. Bu günki günü, yanacağın bazar qiyməti 1.90-2.06 lari çərçivəsindədir. Aqro-dizel proqramı vasitəsi ilə, fermerlər təxminən bir lariyə qədər güzəşt alırlar”, – Levan Davitaşvili qeyd etdi.

Nazirin bəyan etdiyinə görə, aqro-dizel proqramı əhəmiyyətli proqramlardan biridir və gələn illlərdə də davam edəcək.