Levan Davitaşvili BMT-nin İnkişaf Proqramının daimi nümayəndəsi, Luiza Vinton ilə görüşdü
Levan Davitaşvili BMT-nin İnkişaf Proqramının daimi nümayəndəsi, Luiza Vinton ilə görüşdü

Ətraf Mühit Mühafizəsi və Kənd Təsərrüfatı naziri, Levan Davitaşvili BMT-nin İnkişaf Proqramının (UNDP) daimi nümayəndəsi, Luiza Vinton ilə görüşdü. O, Gürcüstanda missiyasını başa çatdırdı. Bu barədə məlumatı Nazirliyin mətbuat xidməti yayır.

İdarənin məlumatına görə, Levan Davitaşvili Luiza Vintona kənd təsərrüfatı və atraf mühitin müdafiəsi istiqamətilə əhəmiyyətli dəstək və faəl əməkdaşlığına görə, minnətdarlğını bildirdi.

“Luiza Vinton Nazirlik ilə əməkdalığı nümunəvi adlandırdı. Qeyd etdi ki, dövlətin kənd təsərrüfatının inkişafı və atraf mühitin müdafiəsi istiqamətilə siyasətinin düzgün baxışı var və  BMT-nin İnkişaf Proqramının adından qeyd olunan istiqamət üzrə gələcək dəstəyə hazırlığını təsdiq etdi.

Görüşdə söhbət qorunmuş ərazilərin inkişafına, təbii resusrsların davamlı inkişafına, havanın çirklənməsinin azaldılmasına, tullantıların idarəsinə və kənd təsərrüfatının inkişafı istiqamətilə əməkdaşlığın dərinlədirilməsi məsələlərinə aid oldu.

Ətraf Mühit Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşdə nazir müavini, Nino Tandilaşvili iştirak edirdi”, – Nazirliyin məlumatında deyilir