Levan Davitaşvili - Axmeta rayonunun kəndlərində zərər görən əhalinin üzümün tapşırılması ilə bağlı problemi olmayacaq
Levan Davitaşvili - Axmeta rayonunun kəndlərində zərər görən əhalinin üzümün tapşırılması ilə bağlı problemi olmayacaq

Axmeta rayonunun kəndlərində dolu nəticəsində zərər görən əhalinin, üzüm məhsulunun tapşırılması ilə bağlı problemi olmayacaq və onlar minimal xərclərlə üzümü  yerindəcə Axmetada tapşıra biləcəklər, – bu barədə bəyanatı Kənd Təsərrüfatı naziri Levan Davitaşvili verdi.

Nazir fermerlərə aqro-sığortadan istifadə etməyə müraciət etdi.

Xatırladaq ki, təbii fəlakət nəticəsində Axmeta rayonunun üç kəndində Kistauridə, Axçani və Matanidə üzüm əkinləri tamamilə məhv oldu.

Telavi şəhərində, güclü yağışa görə, su kanalları suyun axınına dayana bilmədilər və şəhərdəki evlərin birinci mərtəbələrini su basdı və küçələrdəki asfalt örtüsü dağıldı.