“LeoGrand” mehmanxanasının meneceri, yanğının detalları və səbələrini açıqlamaqdan boyun qaçırır
“LeoGrand” mehmanxanasının meneceri, yanğının detalları və səbələrini açıqlamaqdan boyun qaçırır

“Leogrand” mehmanxanasının meneceri, Murat Aqdanlı yanğının detalları və səbələrindən danışmır və bəyan edir ki, mehmanxananın administrasiyası baş verənlər haqqda, hər cür məlumatın dəqiqləşdirlməsindən sonra bəyanatlar verəcək. Bu haqqda Murat Aqdanlı, Batumidə jurnalistlərə bildirdi.

“Leogrand” mehmanxanasında təhlükəsizlik normaların müdafiə olunmuşdu ya yox sualına, mehmanxananın meneceri cavab olaraq, dəqiq nəyin baş veridyini bilmədiyini bəyan edir.

“İndi bu haqqda danışmağın vaxtı deyil. Hamımız kədərliyik”, – Murat Aqdanlı bəyan edir.

Jurnalistlər Murat Aqdanlıdan yanğın nətisəcində həlak olan 11 nəfərin, vaxtında çıxarılması nəyə görə mümkün olmadığını soruşdular.

” Yanğına görə, böyük tüstü-duman əmələ gəlmişdi. Buna görə də, bu insanları görmədik, harada olduqlarını bilmirdik”, – “Leogrand”-ın meneceri bəyan edir.

Onun dediyinə görə, hadisə yerinə ilk olaraq polis gəldi və mehmanxananın xidmətşi personalını binadan çıxardı.

Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində 10 Gürcüstan və bir İran vətəndaşı həlak oldu.

DİN-in məlumatına görə, 21 nəfərin hospitala yerləşdirilməsi lazım gəldi. İlkin tibbi yardım göstərildikdən sonra, onların heç birinin həyatına təhlükə yoxdur. 3 pasient artıq tibb müəssisəsindən evə buraxılıb. O biri şəxslər isə, Batuminin müxtəlif xəstəxanalarına yerləşdiriliblər. Xəsarət alanlar arasında bir nəfər yanğınsöndürəndir.

Baş verən faktla bağlı istintaq, Gürcüstan CM-nin 243-cü maddəsinin 3-cü hissəsi ilə aparılır.

Mehmanxanada yanğın, noyabrın 24-də, təxminən saat 21:00-da əmələ gəldi.

Batumidə vətəndaşlar üçün qaynar xətt fəaliyyət göstərir: 595 950 925.