Lentexi-Mele hissəsində yedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır
Lentexi-Mele hissəsində yedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, çətin meteoreloji şəraitə görə, daxili əhəmiyyətli Kutaisi-Tsğaltubo-Saqeri-Lentexi-Lasdili avtomobil yolunun km125-km157 (Mele-Lentexi) hissəsində bütün növ avtonəqliyyatın  hərəkəti qadağandır.

Elə həmin yolun km89-km125 (Lentexi-Mele) hissəsində yedəkli, yarım-yedəkli avtonəqliyyat vasitəsinin və 30-dan artıq yeri olan avtobusun hərəkəti qadağandır. Başqa avtonəqliyyat vasitəsinin hərəkəti sürüşməyə qarşı zəncirlərdən istifadə ilə icazə verilir.

İki və ya artıq körpüsü olan avtonəqliyyat vasitəsinin hərəkəti azaddır. Avtomobil yolunun km1-km89 (Tsğaltubo-Lentexi) hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti azaddır.