"Layiqli Partnyor 2018"-in iştirakşı "Straykerlərin" marşı - fotohadisə
"Layiqli Partnyor 2018"-in iştirakşı "Straykerlərin" marşı - fotohadisə

ABŞ tərəfindən dəstəyin nümayiş etdirilməsi məqsədi ilə, “Layiqli Partnyor 2018”-in iştirakşı Amerika döyüş zirehli maşınları – “Straykerin” konvoyu Senakidən Vazianiyə marşla keçəcək. Marş gecə başladı.

Amerika döyüş zirehli maşınlarının konvoyu Qori mərkəzində dayanacaq, burada da vətəndaşlar hərbi texnikanı gözdən keçirə və xatirə fotolarını çəkə biləcəklər.

Amerika döyüş zirehli nəqliyyatının marşı Vazianidə, “Layiqli Partnyorun” təlim arealında başa çatacaq. “Straykerlər” bilavasitə təlimə qatılacaqlar.

“Layiqli Partnyor 2018” daha da miqyaslıdır. Burada iştirak edən ölkələrin, hərbi xidmətçilərin və texnikanın sayı artıbdır.

Bu il çoxmilli təlim “Layiqli Partnyor 2018” yeniliklə qarşılanır.  Təlimə ABŞ-ın Corcia ştatının 171-ci aviasiya polkunun 12-ci döyüş aviasiya briqadasının aviasiyası qatılacaq. “Blackhawk” və “Apach” vertalyotları artıq Gürcüstandadır.

Vertalyotlar, tərkib heyəti ilə birlikdə, Alekseevkanın qarışıqlı aviasiya bazasına endi. Təlimdə iştirak edən Amerika hərbi zirehli texnika Gürcüstandadır.

“Layiqli Partnyor 2018” rəsmi olaraq Vaziani hərbi aerodromunda avqustun birində açılacaq.