Latviyaya qarşı onuncu dəfə - Gürcüstan vs Latviya Birinci Kanalda/ Millətlər Liqası

2018-ci ilin 16 oktyabr gürcü futbol tarixində ən mühüm tarix ola bilər. Bu gün Millətlər Liqasında, D divizyonunda, birinci qrupda Gürcüstan yığması Latviya yığması ilə görüşəcək. Qələbə təqdirində yarımfinalda oyunu iki tur ilə əvvəl təmin edəcək. Bunun üçün yalnız bir qələbə lazımdır.

9 sentyabrda Gürcüstan Latviyanı 1:0 hesabı ilə məğlubiyyətə uğratdı. Qeyd olunasıdır ki, rəzmi görüşdə Gürcüstan yığması Latviyanı birinci dəfə məğlubiyyətə uğratdı.

Dostluq matçları

1994, Latviya 1: 3 Gürcüstan
1998, Latviya 1: 2 Gürcüstan
2008, Gürcüstan 1: 3 Latviya
2017, Gürcüstan 5: 0 Latviya

Rəsmi matçlar

Avro 2000
1998, Latviya 1: 0 Gürcüstan
1999, Gürcüstan 2: 2 Latviya

Avro 2012
2010, Latviya 1: 1 Gürcüstan
2011, Gürcüstan 0: 1 Latviya

Millətlər Liqası
2018, Gürcüstan 1: 0 Latviya

Gürcüstan və Latviya milli yığmalarının görüşü Tbilisi vaxtı ilə saat 22:45-də başlayacaq.