Latviya Xarici İşlər Nazirliyi Tbilisidə partlayış nəticəsində həlak olanların ailələrinə başsağlığı verir
Latviya Xarici İşlər Nazirliyi Tbilisidə partlayış nəticəsində həlak olanların ailələrinə başsağlığı verir

Latviya Xarici İşlər Nazirliyi Tbilisidə, Didi Diğomidə yaşayış korpusunda partlayış nəticəsində həlak olanların ailələrinə başsağlığı verir.

“Tbilisidə qazın partlaması nəticəsində həlak olanların ailə və dostlarına başsağlığı veririk. Xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayırıq”, – Latviya Xarici İşlər Nazirliyi tərəfindən “tvitterdə” yayılan bəyanatda deyilir.

Partlayış Tbilisidə, Didi Diğomidə dünən baş verdi. Hadisə nəticəsində dörd nəfər həlak oldu. Səkkiz nəfər xəsarət alıb. Hazırda bir azyaşlı uşaq xəstəxanada qalmaqdadır.

Partlayış nəticəsində zərər çəkənləri Meriya mehmanxanalara yerləşdirdi. İlkin məlumata görə, partlayış qazın sızması nəticəsində baş verdi. İstintaq aparılır.