Latviya prezidenti - Ümid edirik ki, elə yollar tapılacaq ki, Gürcüstan bir gün ərazi bütövlüyünü bərpa edən müstəqil dövlət olacaq
Latviya prezidenti - Ümid edirik ki, elə yollar tapılacaq ki, Gürcüstan bir gün ərazi bütövlüyünü bərpa edən müstəqil dövlət olacaq

Gürcüstan prezidenti Latviyaya səfərini davam etdirir.

Salome Zurabişvili bugün Latviyalı həmkarları ilə görüşdü.

“Latviya Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qorumağa davam edir” – bu barədə bəyanatı Latviyanın prezidenti Raymonds Veionis gürcü həmkarı ilə görüşdən sonra verdi.

Salome Zurabişvili və Raymomds Veionis medya üçün bəyanatları üz-bə-üz görüşdən sonra verdilər.

Latviya prezidentinin bəyanatına görə, görüşün böyük hissəsi təhlükəsizlik və müdafiyə məsələlərinə toxundu.

Onun dediyinə görə, Gürcüstan və Latviyanın iki tərəfli əlaqələri təhsil, ticarət və turizm sahələrini əhatə edir və tərəflər ticari əməkdaşlıq haqqında da razılaşdılar.