Latviya Parlamentinin sədri Arçil Talakvadzenin Gürcüstan Parlamenti sədri seçilməsini təbrik edir
Latviya Parlamentinin sədri Arçil Talakvadzenin Gürcüstan Parlamenti sədri seçilməsini təbrik edir

Latviya Parlamentinin (Seyminin) sədri, İnara Murnietse Arçil Talakvadzenin Gürcüstan Parlamenti sədri olaraq seçilməsi münasibətilə təbrik edir.

“İcazənizlə, sizin Gürcüstan Parlamenti sədri olaraq yenidən seçilməniz ilə bağlı mənim səmimi təbriklərimi çatdırım. Parlamentlərimiz arasında fəal siyasi dialoqun inkişaf etdirilməsini səbirsizliklə gözləyirəm. Latviya və Gürcüstan arasında mövcud möhkəm dostluğu dəyərləndirirəm. İnanıram ki, müntəzəm Parlamentlərarası kontaktlar ikitərəfli əməkdaşlığın həvəsləndirilməsində, həmçinin Avropa Avroatlantik strukturlarına inteqrasiya yolunda dövlətinizin tərəqqisində mühüm rol oynayacaq”,- Latviya Respublikası Parlamentinin sədri, İnara Murnietse qeyd edir.