Latın Amerikasında koronavirusdan vəfat edənlərin sayı 500 mini aşdı
Latın Amerikasında koronavirusdan vəfat edənlərin sayı 500 mini aşdı

Latın Amerikasında koronavirusdan vəfat edənlərin sayı 500 mini aşdı. Bölgədə koronavirusa yoluxmanın 15 milyondan artıq halı qeydə alınıb. Müvafiq məlumatı “Reuters” agentliyi yayır.

Latın Amerikasında koronavirusdan vəfat edənlərin üçdə birdən artıq halı Braziliyada qeydə alınıb. Buradan yalnız ötən gecə virusdan 1 111 insan vəfat etdi. Vəfat edənlərin dörddə birindən artıq halı isə, Meksikada qyedə alınır. Meksikada koronavirusa yoluxma və virus nəticəsində vəfat etmə hallarının kəskin şəkildə artmasına görə, qismən karantindir.