Laşa Talaxadze ikinci dəfə dünyanın ən yaxşı atleti oldu - Kobuletidə mükafatlandırma (foto/video)

Kobuletidə, Beynəlxalq Atletlər Federasiyasının dəstəyi ilə, 2018-ci ilin ən yaxşı atletinin – Olimpiya, Dünya və Avropa çempionunun, dünya rekorduçusunun, Laşa Talaxadzenin mükafatlandırma mərasimi keçirildi.

Xatırladaq ki, ilin ən yaxşı atlet qadın və kişinin kimliyi Beynəlxalq Atletlər Federasiyasının veb-səhifəsində keçirilən sorğu nəticəsində məlum oldu. Sorğuda 30 minə qədər insan iştirak edirdi. Laşa Talaxadze 17 800 səs topladı.