Laşa Talaxadze qələbəsini Gürcüstanın müstəqilliyinin 100 illiyinə həsr etdi (video)

Laşa Talaxadze Avropa çempionatında qələbəsini Gürcüstanın müstəqilliyinin 100 illiyinə həsr etdi.

Buxarestdə keçirilən Avropa çempionatının başa çatmasından sonra onun bəyan etdiyinə görə, müsbət hisslərə baxmayaraq, çox təəssüflənir ki, zədələrinə görə Avropa çempionatında rekord tədbiq edə bilmədi.

“Sözsüz ki, hisslərim müsbətdir, çünki artıq üçüncü dəfə çempion titulunu əldə edirəm. Lakin təəssüflənirəm ki, istədiyimi sonuna qədər göstərə bilmədim, çünki zədələrim var. Gələcəkdə Batumidə 2019-cu ildə Avropa çempionatı keçirilir və çalışacam ki, daha artıq nəticəyə nail olum. Həmçinin, istəyirəm ki, mənim bu qələbəmi bütün Gürcüstana və Gürcüstanın müstəqilliyinin 100 illiyinə həsr edim”, – Laşa Talaxadze bəyan etdi.

Qeyd olunan videomaterialı Gürcüstan Mədəniyyət və İdman Nazirliyi yayır.