Laşa Talaxadze - Bugün Suxumiyi itirdiyimiz gündür və məğlub olmaq haqqım yox idi
Laşa Talaxadze - Bugün Suxumiyi itirdiyimiz gündür və məğlub olmaq haqqım yox idi

“Bugün Suxumiyi itirdiyimiz gündür və məğlub olmaq haqqım yox idi. Bu qələbəmi Suxumi üçün həlak olam qəhramanlarımıza həsr edirəm. İnanıram ki, onların qanı boşuna tökülmüş olmayacaq və ölkəmizi birləşdirməyi bacaracağıq”, – bu bəyanatı dörd dəfə dünya çempionu və üç dəfə rekordsmen olan idmançı Laşa Talaxadze Taylanddaki qələbəsindən sonra verdi.

Taylandın Pataia şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatının yekun günündə +109 kiloqram çəki kateqoriyasında Gürcüstanı Dünya və Olimpiya çempionu Laşa Talaxadze təmsil edirdi.

Gürcü idmaçı öncə 220 kq, daha sonra isə, 264 kq qaldırdı və beləliklə dördüncü dəfə dünya çempionu oldu.