Laşa Darsalia - Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya komisiyasının işi strateji partnyorluq ab-havasında aparılır və hərhansı tərəfə üstünlük verməkdən söz getmir
Laşa Darsalia - Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya komisiyasının işi strateji partnyorluq ab-havasında aparılır və hərhansı tərəfə üstünlük verməkdən söz getmir

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya komisiyasının işi strateji partnyorluq ab-havasında aparılır və kimsəyə üstünlük verməkdən söz getmir, – bu barədə bəyanatı Gürcüstanın Birinci Kanalına komisiyanın sədri, Gürcüstanın Xarici İşlər Nazirinin müavini Laşa Darsalia verdi.

Laşa Darsalianın qeyd etdiyinə görə, dünən keçirilən görüş əsasən komisiya sədrlərinin tanışlıq görüşü idi. Bununla yanaşı, ekspert qruplarının və komisiyaların görüşlərinin detalları müzakirə olundu.

“Delimitasiyanın 70 faizi demək olar ki, işçi səviyyəsində razılaşdırılıb, geridə qalan 10-12 hissədir, hansı ilə bağlı müzakirələr aparılır. Qeyd etmək istəyirəm ki, bu məsələdə hansısa tərəfə üstünlük verməkdən söz getmir. Müzakirə elə aparılır ki, hər iki tərəf üçün məqbul olan qərar verilsin” – dedi Laşa Darsalia.

Şərh yaz