Laşa Darsalia - Gürcü tərəfin mövqeyi belədir ki, delimitasiya prosesi başa çatana qədər Davit Qareci ərazisində təmir-tikinti işləri aparılmasın
Laşa Darsalia - Gürcü tərəfin mövqeyi belədir ki, delimitasiya prosesi başa çatana qədər Davit Qareci ərazisində təmir-tikinti işləri aparılmasın

“Gürcüstan-Azərbaycan ərazisində bir neçə mübahisəli yer var, hansı üzrə hazırda müzakirə aparılır. Bu mərhələdə, hərhansı bir ərazi hissəsi ilə bağlı qərar verilməyib” – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Nazirinin müavini və Gürcüstanın Dövlət sərhədinin delimitasiya və demarkasiya məsələsi üzrə xüsusi nümayəndəsi Laşa Darsalia verdi.

Onun dediyinə görə, sadəcə sərhədin üçdə bir hissəsi üzrə razılığa nail olunub.

“Sərhədin üçdə iki payı ilə bağlı razılaşmaya 1996-cı ildən nail olunub, ancaq yenə bir necə mübahisəli ərazi hissəsi var, hansı ilə bağlı hazırda danışıqlar aparılır. Gələn həftə ekspert qrupları əraziyə gedəcəklər və ondan sonra komisiya birgə mövqelərin formalaşdırmasına başlayacaq” – dedi Laşa Darsalia.

Onun dediyinə görə, Davit qareci ərazisində hərhansı təmir-tikinti işləri bu mərhələdə, komisiyanın işi başa çatana qədər aparımamalıdır.

“Hazırda Azərbaycan tərəfi ilə bu məsələyi müzakirə edirik” – dedi Darsalia.

Komisiyanın növbəti iclası bir aydan sonra Tbilisidə keçiriləcək.