Laşa Darsalia - Blok-postun aradan qaldırılması məsələsi müzakirə olunmur
Laşa Darsalia - Blok-postun aradan qaldırılması məsələsi müzakirə olunmur

“Blok-postun götürülməsi məsələsi heç müzakirə olunmur da”, – bu barədə bəyanatı Xarici İşlər Nazirinin müavini Laşa Darsalia Gürcüstanın Birinci Kanalına Çorçana kəndindəki vəziyyətlə bağlı verdi.

“Bura hər zaman Gürcüstan iqtidarı təərfindən nəzarət edilən ərazi olub və bu Avropa İttifaqının müşahidəçi missiyası tərəfindən də təsdiqlənib. Bir mənalı olaraq, blok-postun buradan götürülməsi məsələsi heç müzakirə olunmur” – dedi Darsalia.

Onun dediyinə görə, Gürcüstan iqtidarı yaranan vəziyyətin de-eskalasiyası üçün 24 saatlıq rejimdə xarici partnyolralı ilə işləyir.

Xatırladaq ki, Sxinvali de-fakto iqtidarının nümayəndələrinin bəyanatlarına görə, blok-postun qaldırılması üçün verilən müddət avqustun 30-da saat 06:00-da başa çatıb.