Laima Adrikiene - 2020-ci il seçkilərinin müsbət dəyərləndirməsi ilə razılaşa bilmərəm
Laima Adrikiene - 2020-ci il seçkilərinin müsbət dəyərləndirməsi ilə razılaşa bilmərəm

2020-ci il seçkilərinin müsbət dəyərləndirməsi ilə razılaşa bilmərəm, yerli qeyri-hökumət təşkilatlarının göstəricilərilə, bu seçkilər Gürcüstanın yeni tarixində ən pis seçkilər idi, – bu barədə Litvalı deputat, Laima Adrikiene Gürcüstanda keçirilən seçkilər barəsində müşahidəçilər missiyasının hesabatının müzakirəsi baş verdiyi Avropa Şurası Parlament Assableyası sessiyasında bəyan etdi.

Onun dediyinə görə, hökumət faydanın alınması üçün müəyyən alətlərdən istifadə etdi.

“2018-ci ildə mən müşahidəçilər missiyasının rəhbəri idim və prezident seçkilərini müşahidə edirdim. Buna görə imkanın var ki, bu iki – 2018-ci il prezident seçkilərini və 2020-ci il parlament seçkilərini müqayisə edim. 2020-ci il seçkilərinin müsbət dəyərləndirməsi ilə razılaşa bilmərəm. Yerli qeyri-hökumət təşkilatlarının göstəricilərilə, bu seçkilər Gürcüstanın yeni tarixində ən pis seçkilər idi və demokratiya inkişafı yolunda geriyə doğru atılan addım idi.

Düzgün nəticə, Gürcüstan tarixində ilk dəfə baş verən koalisiya hökuməti olardı. Lakin şeçkilər günü nəsə çox pis şeylər baş verdi – bülletenlərin saxtalaşdırlması və seçicilərə kriminal elementlərin yardımı ilə mütəşəkkil təziq, müxalif partiyalar və seçki komissiyaları nümayəndələrinin marqinalizasiyası və sonunda, Mərkəzi Seçki Komissiyasında yekunlaşdırıçı protokolların köçürülməsi. Bu alətləri hökumət istifadə etdi ki, fayda götürsüni. Bütün müxalif partiyalar seçkilərin ikinci turuna boykot elan etdilər və parlamentə daxil olmadılar”, – Laima Adrikiene bəyan etdi.

Litvalı deputatın açıqlamasına görə, iki ay davam edən danışıqlar prosesi indi dayndırlıb, çünki hökumət müxalifətin tələbləri ilə bağlı irəli getməkdən imtina edir.

“Müxalifətçilərin hamısı parlamentdən onların siyahısının geri götürülməsi barəsində sənədə imza atdılar və on günə bu məsələ səsə qoyulmalıdır. Yekunda bunların hamısı onunla başa çatacaq ki, Gürcüstanda bir partiyalı parlament olacaq. Gürcüstan ictimaiyyətində seçkilərin nəticələrinə qarşı etimad yoxdur. Gürcüstanda siyasi spektr və ictimaiyyətin polarizasiyası dərinləşir”, – Laima Adrikiene qeyd etdi.

Avropa Şurası Parlament Assableyası Gürcüstanda keçirilən Parlament seçkilərinin monitorinqi barəsində hesabatı bir neçə gün bundan əvvəl dərc etdirdi. Hesabatda qeyd olunub ki, Gürcüstanda keçirilən Parlament seçkiləri rəqabətli idi, fundamental azadlıqlar müdafiə olunmuşdu. Bununla yanaşı Avropa Şurası Parlament Assableyası partiyaların hamısını Parlamentə daxil olmağa çağırır.