Lado Bojadze - hamıdan xahiş etmək istəyirəm, seçkilərə gəlsinlər və xatırlatmaq istəyirəm ki, "Gürcü Arzusu" mütləq qalib gələcək
Lado Bojadze - hamıdan xahiş etmək istəyirəm, seçkilərə gəlsinlər və xatırlatmaq istəyirəm ki, "Gürcü Arzusu" mütləq qalib gələcək

Hamıdan xahiş etmək istəyirəm, seçkilərə gəlsinlər və xatırlatmaq istəyirəm ki, “Gürcü Arzusu” mütləq qalib gələcək, Tbilisi yenə qalib gələcək, – bu barədə  “Gürcü Arzusu” partiyasının nümayəndəsi, Lado Bojadze Gürcüstanın Birinci Kanalının efirində, 10 partiya arasında debatları zamanı bəyan etdi.

Bojadzenin qeyd etdiyinə görə, “Gürcü Arzusu” artıq illərdir ölkənin sabitliyinin inkişafı və Avroatlantik seçimi uğrunda mübarizə aparır.

“Mənim üçün böyük şərəfdir “Gürcü Arzusunu” təmsil edim, Kaxa Kaladzenin komandasını təmsil edim. Gürcüstanı, Tbilisililərimizi  və “Gürcü Arzusunun” milyona qədər tərəfdarını salamlamaq istəyirəm, hansılar da artıq illərdir ölkənin sabitliyinin inkişafı və Avroatlantik seçimi uğrunda mübarizə aparırıq. Burada tamaşaçıya xatırlatmaq istəyirəm, bu gün yerli seçkilər barəsində danışıqıq, şəhərlərdə, kəndlərdə, aranlarda əhalinin olan problemləri barəsində danışırıq. Bu gün imkanım olacaq ki, bir növ hesabat verim necə paytaxtda, eləcə də rayonlarda “Gürcü Arzusu nə etdi və növbəti dörd il ərzində nəyi planlaşdırırıq. Hamıdan xahiş etmək istəyirəm, seçkilərə gəlsinlər və xatırlatmaq istəyirəm ki, “Gürcü Arzusu” mütləq qalib gələcək, Tbilisi yenə qalib gələcək”, – Bojadze bəyan etdi.

Gürcüstanın Birinci Kanalında bu gün təkmilləşdirilmiş seçki subyektlərinin nümayəndələrinin iştirakı ilə  debatlar keçirilir. Burada on partiya iştirak edir – “Üçüncü Qüvvə”, “Avropa Gürcüstanı – Azadlıq üçün Hərəkat”, “Vahid Milli Hərəkat”, “Avropa Demokratları”, “Aleko Elisaşvili – Vətəndaşlar”, “David Tarxan -Mouravi, İrma İnaşvili – Gürcüstan Vətənpərvərlər Aliyansı”, “Lelo” , “Şalva Natelaşvili – Gürcüstan Leyboristlər Partiyası”, “Qirçi”, “Gürcü Arzusu – Demokratik Gürcüstan”. 21 sentyabrda isə, debatlar qeydiyyatdan keçmiş bütün Tbilisi merliyinə namizədlər arasında keçiriləcək.

Şərh yaz