Kvemo Kartlidə alman əsgərlərinin qəbirlərinin axtarılması planlaşdırılır
Kvemo Kartlidə alman əsgərlərinin qəbirlərinin axtarılması planlaşdırılır

Kvemo Kartlidə alman əsgərlərinin qəbirlərinin axtarılması və müvafiq hərbi qəbirstanlığına uğradılması planlaşdırılır. İşləri Alman Əsirləri Məzarlarına Qayğı Xalq İttifaqı, Gürcüstan və Almaniya Federativ Respublika hökumətləri arasında 1993-cü ildə imzalanmış razılaşmasına müvafiq olaraq həyata keçirəcək.

Gürcüstan hökuməti tərəfindən 8 yanvarda dərc olunmuş sərəncamda qeyd olunub ki, qazıntılar Rustavidə, Qardabanidə, Marneulidə aparılacaq.

Alman tərəfinin, lazım olduğu təqdirdə, müvafiq tikinti texnikasından istifadə etməsi və yerli personalın kirayələməsi mümkündür. İşlər arxeoloji nəzarət ilə həyata keçiriləcək.