Kutaisidən Brüssel istiqamətinə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlanıldı
Kutaisidən Brüssel istiqamətinə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlanıldı

Kutaisi Beynəlxalq Aeroportundan daha bir yeni aviareys Brüsselə yerinə yetirildi. Belçika istiqamətinə müntəzəm aviareyslərə başlanıldı.

İlk reysin sərnişinlərinə aeroportda rəmzi hədiyyələr verildi.

Cari ilin sentyabrın 10-dan “Wizz Air” şirkəti Kutaisidən Bazel, Kopenhaqen, Brüssel, Tallin, Eindhoven, Bari və Poznana birbaşa reysləri yerinə yetirəcək.