Kutaisidə yoxlanılan 23 pasientin heç birində koronavirus təsdiq olunmadı
Kutaisidə yoxlanılan 23 pasientin heç birində koronavirus təsdiq olunmadı

Kutaisi laboratoriyası bu gün 23 pasientin analizini yoxladı və cavabın hamısı mənfi idi.

Bu barədə Gürcüstanın Birinci Kanalına Xəstəliklərə Nəzarət Mərkəzinin İmereti İdarəsi məlumat verdi.

Başqa göstəricilərə gəldikdə, İmeretidə cəmi beş karantin məkanı var.

İnkubasiya müddətinin başa çatmasına görə, karantin 50 vətəndaşın üzərindən götürüldü.

Bölgə miqyası ilə, bu vaxt üçün müxtəlif karantin məkanında 383 vətəndaş qalmaqdadır. 89 insan evdə izolasiyadadır.