Kutaisidə inşaat binasından düşərək iki fəhlə öldü
Kutaisidə inşaat binasından düşərək iki fəhlə öldü

Kutaisidə bədbəxt hadisə baş verdi.

Ağmaşenebli küçəsində yüksək mərtəbəli yaşayış binasının inşaatı zamanı iki fəhlə düşdü və hər ikisi də yerindəcə həyatını itirdi.

Ölən fəhlələrin cəsədləri artıq prozekturaya aparılıb.

“Ehtimala görə, bədbəxt hadisəyə trosun qopması səbəb oldu, ancaq hadisə yerinə gələnlər nə baş verdiyini anlamaqda çətinlik çəkirdilər” – dedi hadisə yerinə yaxın yaşayan Kutaisi sakini Dea Manaqadze.

İnşaatı “İberia Star Qrup” həyata keçirir.

Hadisə yerində istintaq aparılır.