Kutaisidə 299 test edildi və koronavirus heç birində təsdiq olunmadı
Kutaisidə 299 test edildi və koronavirus heç birində təsdiq olunmadı

Kutaisi Laboratoriyasında son 24 saat ərzində 299 test edildi və koronavirus heç birində təsdiq olunmadı. Bu barədə Gürcüstanın Birinci Kanalına Xəstəliklərə Nəzarət Milli Mərkəzinin İmereti bölməsinin rəhbəri, Qoça Giorqadze bəyan etdi.

Giorqadzenin məlumatına görə, testləşdirmə İmereti bölgəsində mövcud olan tibb müəssisələrinə yerləşdirilmiş pasiyentlərə və həmin müəssisələrin tibb işçilərinin bir hissəsinə edildi.

Bu vaxt üçün bölgə miqyası ilə karantin məkanlarından 73 insan qalmaqdadır.