Kutaisi Laboratoriyasında 260 şəxsdə koronavirus təsdiq olunmadı
Kutaisi Laboratoriyasında 260 şəxsdə koronavirus təsdiq olunmadı

Kutaisi Laboratoriyasında son 24 saat ərzində 260 test edildi və koronavirus heç birində təsdiq olunmadı, – bu barədə Gürcüstanın  Birinci Kanalına Xəstəliklərə Nəzarət Milli Mərkəzinin İmereti bölməsinin rəhbəri, Qoça Giorqadze bəyan etdi.

Giorqadzenin məlumatına görə, testlər yük avtomobili sürücülərinə, İmereti bölgəsində mövcud olan tibbi müəssisələrinə yerləşdirilmiş pasiyentlərə və Sairme krantinindən çıxan 139 nəfərə edildi.