Kutaisi İnfeksiya Xəstəxanasında olan yeddi pasientdə koronavirus təsdiq olunmadı
Kutaisi İnfeksiya Xəstəxanasında olan yeddi pasientdə koronavirus təsdiq olunmadı

Kutaisi İnfeksiya Xəstəxanasında koronavirus ilə bağlı Luqar laboratoriyasından alınan hər yeddi pasientin analiz cavabı mənfidir. Bu barədə Kutaisi İnfeksiya Xəstəxanasının həkimi, Teymuraz nadiradze bəyan etdi.

Teymuraz nadiradze bəyan etdiyinə görə, cavabları klinika az öncə aldı.

Elə onun məlumatına görə, bu gün daha beş nəfərin analizini aldılar və Luqar Laboratoriyasına göndərdilər. Onların cavabı sabah məlum olacaq.

XCatırladaq ki, bu vaxta qədər Kutaisi İnfeksiya Xəstəxanasında koronavirus heç bir pasientdə təsdiq olunmadı.

Şərh yaz