Kutaisi İnfeksiya Xəstəxanasına koronavirus simptomları ilə iki yeni pasient daxil etdilər
Kutaisi İnfeksiya Xəstəxanasına koronavirus simptomları ilə iki yeni pasient daxil etdilər

Kutaisi İnfeksiya Xəstəxanasına koronavirus simptomları ilə iki yeni pasient daxil etdilər. Birinin Ermənistana, birinin isə, Türkiyəyə səfəri tarixi var. Onlardan gün ərzində analiz götürəcəklər və cavab axşam məlum olacaq.

Xatırladaq ki, dünən axşam laboratoriyadan dörd pasientin cavabını aldılar və cavablar mənfi idi. Həmçinin klinikada koronavirus diaqnozu ilə iki pasient müalicə olunur. Onların sağlamlıq durumu qənaətbəxşdir.