Kutaisi İnfeksiya Xəstəxanasına "COVID-19" diqanozu ilə bir pasiyent yerləşdirdilər
Kutaisi İnfeksiya Xəstəxanasına "COVID-19" diqanozu ilə bir pasiyent yerləşdirdilər

Kutaisi İnfeksiya Xəstəxanasına “COVID-19” diqanozu ilə bir yeni pasiyent yerləşdirdilər. Orta yaşlı kişi klinikaya karantin məkanlarının birindən yerləşdirildi.

Klinikanın baş həkimi, Teymuraz Nadiradzenin məlumatına görə, kişinin Polşaya səfəri tarixi var və onun sağlamlıq vəziyyəti orta ağırlıqdadır.

Elə onun dediyinə görə, bu gün klinikanı bir sağalmış pasiyent tərk edəcək.

Klinikaya yerləşdirilən koronavirusa yoluxan yük avtomobilinin iki sürücüsünə gəldikdə, onların sağlamlıq vəziyyəti qənaətbəxşdir.

Şərh yaz