Kutaisi beynəlxalq hava limanı yolçuların sayının artması ilə, Avropada ikinci yerdədir
Kutaisi beynəlxalq hava limanı yolçuların sayının artması ilə, Avropada ikinci yerdədir

Kutaisi beynəlxalq hava limanı yolçuların sayının artması ilə, Avropada ikinci yerdədir, – bu barədə Avropa Hava Limanları Beynəlxalq Şurasının veb-səhifəsində yayılan məlumatda deyilir.

Şuranın göstəricilərinə görə, keçən il Kutaisi hava limanında yolçuların sayı 41.6 faizlə artdı.

Bununla yanaşı, tədqiqata əsasən, Kutaisi hava limanı dördüncü kateqoriaya aiddir.

Qeyd olunan kateqoriaya isə, ildə beş milyona qədər yolçuya xidmət edən hava limanları daxildir.

Eyni kateqoriyada birinci yerdə Makedoniya hava limanıdır.

2019-cu ildə, Gürcüstan hava limanı 5.2 milyon yolçuya xidmət edib və bu da 2018-ci ilin göstəricilərindən 3 fazi ilə artıqdır.

Şərh yaz