Kutaisi aeroportundan Moskva və Peterburqa istiqamətinə uçuşlar həyata keçiriləcəkdir
Kutaisi aeroportundan Moskva və Peterburqa istiqamətinə uçuşlar həyata keçiriləcəkdir

Kutaisi Beynəlxalq Aeroportundan Moskva və Peterburqa istiqamətinə uçuşlar həyata keçiriləcək. İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, Kutaisi-Moskva, Kutaisi-Sankt-Peterburq aviareyslərini Rusiyanın aşağı qiymətli aviaşirkəti POBEDA AIRLINES yerinə yetirəcək.

Qeyd olunan qərar barəsində Beynəlxalq Aviasiya Forumu, #CONNECT2018 çərçivəsində, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Gürcüstan Aeroportları Birləşməsi” MMC-nin və şirkət rəhbərliyi arasında görüşün başa çatmasında sonra məlum oldu.

“Daha bir yeniliyimiz var, POBEDA AIRLINES güman edildiyinə görə, sentyabrdan Kutaisi-Moskva, Kutaisi-Sankt-Peterburq aviareyslərini yerinə yetirəcək”, – “Gürcüstan Aeroportları Birləşməsi” MMC-nin direktoru, Ketevan Aleksidze bəyan etdi.