Kürt döyüşçüləri atəşkəsə bir neçə şərtlərlə razılaşdılar
Kürt döyüşçüləri atəşkəsə bir neçə şərtlərlə razılaşdılar

Kürt döyüşçüləri atəşkəsə razılaşdılar, ancaq bir neçə şərtləri var.

“Suriyənin demokratik qüvvələrinin” nümayəndələri bəyan edirlər ki, razılaşma məcburi köçkünlərin evlərinə qaytarılmasını nəzərdə tutmalıdır və regionda “demoqrafik dəyişikliklər” istisna edilməlidir.

“Suriyənin demokratik qüvvələrinin” rəhbəri olan Masud Abdi kürt kanalı “Rohani”-nin efirində bəyan etdi ki, “kürtlər əlindən gələni edəcəklər ki, atəşkəs müvəffəqiyyətli olsun”.

Ona qədər isə, öz şərtlərini Türkiyənin Xarici İşlər Naziri irəli sürdü.

Mevlut Çavuşoğlu bəyan etdi ki, Ankara hərbi əməliyyatı sadəcə olaraq, Suriyəli kürtlərinin müdafiyə qüvvələrinin “təhlükəsizlik zonasına” daxil ola bilmələri üçün, müvəqqəti olaraq, dayandırdı.

Onun dediyinə görə, tam olaraq, hərbi əməliyyat ancaq, kürtlərin əraziyi tərk etdiyi təqdirdə dayandırılacaq.

Xatırladaq ki, Türkiyə, Suriyənin şimal hissəsində “Barış pınarı” adlı hərbi əməliyyatı oktyabrın 17-də başlatdı.