Kristofer Pitçer - Birləşmiş Krallıq Gürcüstanın əhəmiyyətli müttəfiqi və tərəfdarı olaraq qalır
Kristofer Pitçer - Birləşmiş Krallıq Gürcüstanın əhəmiyyətli müttəfiqi və tərəfdarı olaraq qalır

Gürcüstanın Xarici İşlər naziri, David Zalkaliani Briləşmiş Krallığın Avropa və Amerika məsələləri üzrə dövlət katibi, Kristofer Pitçer ilə telefonla söhbət etdi.

Nazir onu önəmli vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və gələcək fəaliyyətində uğurlar arzuladı.

Söhbət zamanı iki ölkə arasında uğurlu əməkdaşlığa xüsusi diqqət yetirildi.

Öz növbəsində dövlət naziri, xüsusilə qeyd etdi ki, Birləşmiş Krallıq Gürcüstanın əhəmiyyətli müttəfiqi və tərəfdarı olaraq qalır.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.