Kristian Danielson müxalif pariyaların nümayəndələri ilə görüşür

Avropa Şurası prezidenti, Şarl Mişelin şəxsi nümayəndəsi, Kristian Danielson müxalif pariyaların nümayəndələri ilə görüşür.

Danielson hazırda “Lelo”, “Strategiya Ağmaşenebeli”, “Avropa Gürcüstanı”, “Daha artıq azadlıq – Qirçi” və “Qirçi” liderləri ilə görüş keçirir.

Görüşdə həmçinin Gürcüstanda Avropa İttifaqının səfiri, Karl Hartsel və ABŞ səfiri, Kelli Deqnan iştirak edirlər.

Gün ərzində həmçinin, “Vətənpərvərlər Aliyansı”, “Leyboristlər Partiyası” və “Vətəndaşlar” partiyasınıın liderləri ilə görüş planlaşdırılıb.

Kristian Danielson Gürcüstana bir neçə günlük səfərlə dünən gəldi. Danielson elə dünən Gürcüstan prezidenti, Salome Zurabişvili və baş nazir, İrakli Ğaribaşvili ilə görüşdü. O, həmçinin QHT nümayəndələri və “Milli Hərəkat” partiyasının üzvləri ilə görüş keçirdi.