Koronavirusun yeni növü Yaponiyada da qeydə alındı
Koronavirusun yeni növü Yaponiyada da qeydə alındı

Koronavirusun yeni növü Yaponiyada da qeydə alındı. Virusun yeni növü Braziliyadan qayıdan insanlarda aşkar edildi. Müvafiq məlumatı “Reuters” agentliyi Yaponiya Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, virusun yeni növü Braziliyadan qayıdan dörd nəfərdə aşkar edildi. 40 yaşından yuxarı olan kişidə tənəffüs problemi var idi, 30 yaşından yuxarı olan qadında baş və boğaz ağrıları var idi. Yeniyetmə oğlanın hərarəti var idi, yeniyetmə qızın isə, simptomları yox idi. Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə virusun yeni növünə qarşı vaksinlərin effektliyini araşdırırlar.

Koronavirusun yeni hallarının artmasına görə, Tiokiyo və daha üç qonşu prefekturada fövqəladə vəziyyət elan edildi. Pandemiyanın başlamasından bu günə qədər Yaponiyada koronavirusun təxminən 289 min halı təsdiq olunub, 4 061 insan vəfat edib.