Koronavirusun yeni hallarından hər ikisi Marneuli munisipalitetinin Mareti kəndi ilə bağlıdır
Koronavirusun yeni hallarından hər ikisi Marneuli munisipalitetinin Mareti kəndi ilə bağlıdır

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, Gürcüstanda aşkar edilən koronavirusun yeni hallarından hər ikisi Marneuli munisipalitetinin Mareti kəndindəndir.

Mövcud olan məlumata görə, koronavirus dünən təsdiq olunmuş ailənin daha iki üzvündə müəyyən edildi. Virusa yoluxanlar yeniyetmələrdir.

İnfeksiya Xəstəxanasının göstəricilərinə gəldikdə, Marina Ezuqbaiya deyir ki, dünən klinikaya artıq təsdiq olunmuş diqanozu ilə üç pasiyent qəbul etdilər. Dördüncü isə, şübhəli simplomlarladır və onu yoxlayacaqlar.

Onlar Saburtalo klasterindəndirlər və bir ailənin üzvləridirlər.

Müvafiq olaraq, Marina Ezuqbaiyanın dediyinə görə, Tbilisi İnfeksiya Xəstəxanasında koronavirusa yoluxan 58 pasiyent müalicə olunur.

Elə onun bəyan etdiyinə görə, kovid-mərkəzlərdə bu vaxt üçün 150 pasiyent müalicə olunur.