Koronavirusun yeni hallarından 11 halı Kvemo Kartlidə aşkar edildi
Koronavirusun yeni hallarından 11 halı Kvemo Kartlidə aşkar edildi

Son 24 saat ərzində, Kvemo Kartlidə koronavirusun 11 yeni halı aşkar edildi. Buradan altısı Qardabanidə, beşi isə, Rustavidə qeydə alındı. Məlumatı Kvemo Kartli Səhiyyə Xidmətinin rəhbəri, David Beqaşvili təsdiq edir.

Rustavidə qeydə alınan hallar Acaraya səfər ilə əlaqədardır. Qardabanidə qeydə alınan hal isə, ailə üzvləri ilə bağlıdır. Onların yoluxma mənbəsi hələlik məlum deyil.

Bununla yanaşı Rustavidə 115, Qardabanidə isə, 20-ə qədər insan izolasiyadadır.