Koronavirusun yayılması ilə bağlı yaranan vəziyyətdən irəli gələrək, Gürcüstan prezidenti xaricə səfərlərini ləğv edir
Koronavirusun yayılması ilə bağlı yaranan vəziyyətdən irəli gələrək, Gürcüstan prezidenti xaricə səfərlərini ləğv edir

Gürcüstan prezidenti Salome Zurabişvili koronavirusun yayılması ilə bağlı yaranan vəziyyətdən irəli gələrək, xaricə səfərlərini ləğv edir.

Bu barədə məlumatı prezident administrasiyası verir.

“Dünyada koronavirusun yayılmasından dolayı yaranan vəziyyətlə bağlı Gürcüstan prezidenti Salome Zurabişvili, digər iqtidar idarələri ilə koordinasiya nəticəsində, Bolqarıstana, Ukraynaya və Belçikaya planlanan səfərlərini ləğv etdi. İctimailəşdirilənə qədər, bu haqda məlumat xarici partnyorlarımıza çatdırıldı” – deyilir prezident administrasiyasının bəyanatında.