Koronavirusun 23 yeni halından səkkizi xaricdən daxil ediləndir, 14-ü virusa yoluxanla kontaktla bağlıdır, birinin yoluxma mənbəyi isə, bu vaxta qədər məlum deyil
Koronavirusun 23 yeni halından səkkizi xaricdən daxil ediləndir, 14-ü virusa yoluxanla kontaktla bağlıdır, birinin yoluxma mənbəyi isə, bu vaxta qədər məlum deyil

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, Gürcüstanda aşkar edilən koronavirusun yeni hallarından səkkizi xaricdən daxil ediləndir, 14-ü virusa yoluxanla kontaktla bağlıdır, birinin yoluxma mənbəyi isə, bu vaxta qədər məlum deyil və epidemioloji araşdırma aparılır.

Elə onun dediyinə görə, xaricdən daxil edilən hallardan beşi yük avtomobilinin sürücüsüdür.

Sağalanan pasiyentlərə gəldikdə, Ezuqbaiya açıqlayır ki, onların sayı 13 ilə artdı və sağalananların faiz göstəricisi yenə də 83-dür. Kovid-mərkəzlərdə isə, müalicəsini 230 pasiyent davam etdirir.